Dil:
Haqqımızda...
Haqqımızda...Əziz Şəkililər və şəhərimizin qonaqları, Bir addımla qarşınızda yeni bir dünya açılacaq. Burada hər şey gördüklərinizdən fərqlidir. Ta qədimdən bu günə qədər Şərqi və Qərbi özünə valeh etmiş Azərbaycan bu gün də bütün dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu zəngin dövlətimizdə son illərdə günbəgün artan, inkişaf edən iş qurumları, ticarət mərkəzləri və əyləncə sektorları iqtisadi bazarda öz yerini tapır.

Zövqlə və keyfiyyətlə işlənmiş "XAN ÇİNAR" istirahət mərkəzi daima sizlərin üzünə açıqdır. Biz yarandığımız dövrdən hal-hazıra kimi nəinki qonaqlarımızı herətləndiririk və onların rahat və gülüş dolu istirahətləri üçün tam şərait yaradırıq. Biz restoranımızın rəngarəng və bir-birindən fəqrlənən istənilən guşəsində sizi hər zaman gözləyirik, eyni zamanda ümid edirik ki, həmin məkanda dostlarınız və yaxınlarınız da sizi qarşılayacaqdır. Super təmirli avropa standartlarına uyğun lyuks yataq otaqları, həyətdə təbiətin qoynunda həm açıq havada, həm də köşklərdə (besedkada), həmdə kabinetlərdə istirahət üçün sizə masalar, ləziz isti yeməklər, soyuq qəlyanaltılar, ətirli müxtəlif çeşidli kabablar təklif olunur.

Əziz qonaqlarımız, burada toy və nişan mərasimlərinin, ad günu və yubileylərin, korporativ banketlərin, müxtəlif ailə şənliklərinin keçirilməsi üçün bir-birindən gözəl, ən son dəbdə, yüksək zövqlə bəzədilmiş 400 nəfərlik toy zalı, 100 nəfəlik banket zalı xidmətinizə təqdim olunur. Burada ideal məclis üçün hər cür şərait yaradılıb.

Uzun illər təcrübəsinə söykənən işgüzar və gülərüz "XAN ÇİNAR" kollektivi sizin xidmətinizdədir.

"XAN ÇİNAR" istirahət mərkəzi sizin yolunuzu gözləyir - bura həqiqətən fərqlidir!
Əlaqə telefonu:
(+994 50) 325 70 91